Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Könüllülər İli” mövzusunda beynəlxalq konfrans keçirilib – FOTO

140 Baxış

7 dekabr 2020-ci il tarixində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Qırğızıstanın könüllü təşkilatlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilib. ZOOM və YouTube platformaları üzərindən yayımlanan konfransda Azərbaycan və Qazaxıstanda “Könüllülər İli”nin yekunu ilə bağlı aktual məsələlər müzakirə edilib.

Görüş zamanı həm Azərbaycan, həm də Qazaxıstanda milli könüllülük hərəkatının inkişafı və koronavirus pandemiyasının yayılmasına qarşı həyata keçirilən tədbirlərdə könüllülərin xüsusi dəstəyi vurğulanıb. Qeyd edilib ki, könüllülər nümunəvi həmrəylik və birlik nümayiş etdirməklə COVID-19-a qarşı mübarizədə əhəmiyyətli rol oynayıblar.

Plenar və müzakirə sessiyalarından ibarət olan konfransda Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov, baş katib Emiliya Bayramova və idarə heyətinin üzvü Kamran Əliyev “Beynəlxalq təcrübədə COVID-19”, “IT texnologiyalarının könüllülük sahəsində tətbiqi (veb saytlar, mobil tətbiqlər və s.)” və “Qanunvericilikdə könüllülük”, “Könüllülüyə dəstək” mövzuları ətrafında müzakirələrdə iştirak edərək öz təcrübələrini bölüşüblər.

Çıxışlar zamanı dünyanı bürümüş pandemiya ilə mübarizə məqsədilə Azərbaycan Könüllü Təşkilatları İttifaqında birləşən könüllülərin fəaliyyəti, ölkəmizdə könüllülük hərəkatının inkişafının başlanğıcı hesab edilən ASAN könüllüləri haqqında, Azərbaycan könüllülərinin vahid elektron portalı konullu.az, həmçinin gənclər üçün müxtəlif imkanları özündə cəmləşdirən “GencApp” mobil tətbiqi barədə ətraflı məlumat verilib, ölkəmizdə könüllülük sahəsində fəaliyyətin “Könüllü fəaliyyət haqqında” Qanunla tənzimləndiyi vurğulanıb.

Xatırladaq ki, 2 dekabr 2020-ci il tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi” (National Volunteering Network) arasında ölkələrin davamlı inkişaf hədəflərinin həllinə istiqamətlənən ortaq könüllü proqramları və layihələrinin həyata keçirilməsi məqsədilə saziş imzalanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678