Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pandemiya dövründə nəqliyyatın rəqəmsallaşması müzakirə olunub – FOTO

281 Baxış

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatının (GUAM) Nəqliyyat nazirlərinin onlayn görüşü təşkil olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, sözügedən tədbirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliy, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Akaki Saqiraşvili və Moldovanın İqtisadiyyat və İnfrastruktur Nazirliyinin dövlət katibi Yulian Postike iştirak ediblər.

İclasa, həmçinin, partnyor qismində Yaponiya və İsrail nümayəndələri də qatılıblar. Tədbirin əvvəlində GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycanı ərazi bütövlüyünü təmin edən tarixi qələbəsi münasibətilə təbrik edib.

Onlayn iclasın gedişində GUAM nəqliyyat dəhlizinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair üzv dövlətlərin Baş nazirlərinin 12 dekabr 2019-cu il tarixli tapşırıqlarının icra vəziyyəti, təşkilatın işçi qrupları çərçivəsində GUAM azad ticarət zonasının və nəqliyyat dəhlizinin inkişafı istiqamətində görülən işlər müzakirə olunub.

Nazir Ramin Quluzadə çıxışında pandemiya dövründə regionda daşımaların davamlılığının təmin edilməsi istiqamətində görülən işlər haqqında da danışıb. Ramin Quluzadə pandemiya və ondan sonrakı mərhələdə nəqliyyatın rəqəmsallaşması və bu sahədə yüksək texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, hazırda “GUAM Rəqəmsal ticarət qovşağı” layihəsinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın təsis etdiyi beynəlxalq regional təşkilat olan GUAM-a bu il ölkəmiz sədrlik edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678