Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağın məşhur müəllimləri” – Mirzə Salah bəy Zöhrabbəyov

133 Baxış

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması görkəmli pedaqoq Mirzə Salah bəy Zöhrabbəyovdur.

O, 1859-cu ildə Şuşa şəhərində anadan olub.

Fransada təhsil aldıqdan sonra Rusiyaya gəlib və Sankt-Peterburq şəhərində təhsilini davam etdirib. Sonra Şuşaya qayıdıb, öz vəsaiti hesabına məktəb tikdirib və həmin məktəbdə rus dili dərsini deməyə başlayıb, “Azərbaycanlılar üçün rus dilinin tədrisi” dərs vəsaitini yazıb. Bir müddət isə Şuşa realnı məktəbində müəllim işləyib.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678