Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Son üç ilə yaxın dövrdə əmək müqavilələrinin sayı 25 faiz və ya 327 min artıb

155 Baxış

Ölkəmizdə məşğulluq imkanlarının artırılması və qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında əhəmiyyətli artıma imkan verib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin əvvəli ilə müqayisədə 2020-ci ilin 1 dekabr tarixinə əmək müqavilələrinin ümumi sayı 25 faiz (327 min müqavilə) artıb. Onlardan 46%-i  (230 minə yaxını) özəl, qalan hissəsi dövlət sektorunun payına düşür. 

Ötən dövrdə əməkhaqlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək bazarının inkişafına təkan verən amillər olmaqla, əmək münasibətlərinin leqallaşmasına da müsbət təsirini göstərib.

Əməkhaqlarında ardıcıl artım dinamikası nəticəsində isə qeyd edilən dövrdə əməkhaqqı fondunda 77 faiz artım (o cümlədən dövlət sektorunda 84 faiz, özəl sektorda 70 faiz) özünü göstərib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678