Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvarda karantin qaydalarını pozan idman zalı aşkarlandı

150 Baxış

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlanıb.

Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə həmin idman zalını işlədən Z.Kamranlı 400 manat, orada məşq etməklə karantin qaydalarını pozan digər üç nəfər isə 200 manat məbləğində cərimə olunublar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678