Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentin köməkçisi: “Bugünkü qələbənin əsasında Ulu öndərin siyasəti dayanır”

292 Baxış

“Güclü Azərbaycan dövlətinin yaradılması Ulu öndər Heydər Əliyevin dəsti xəttidir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam etdiyi şəraitdə Azərbaycan xalqının israrlı təkidi ilə ümummilli liderin hakimiyyətə gəlməsi dövlətimizi gücləndirdi”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, bu gün qələbələrimizin əsasında Ulu öndərin qoyduğu siyasət dayanır:

“Bu siyasəti də dövlət başçısı İlham Əliyev uğurla həyata keçirir. Bunun da real nəticəsini biz 44 gün davam edən savaşda gördük və torpaqlarımız işğaldan azad edildi. Hər bir azərbaycanlının gözlədiyi gün gerçək oldu”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678