Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsində yaralanmış qazinin ailəsinə maddi yardım veriləcək – FOTO

259 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış Tərlan Kərimduxtun ailəsinin sosial vəziyyətini öyrənir.

Bu barədə Nazirliyin mətbuat katibi Fazil Talıbov məlumat verib.

O bildirib ki, Sumqayıtda yaşayan beş nəfərlik (qazi özü, baba və nənəsi, valideynləri və qardaşı) ailədə Tərlanın babası və nənəsi pensiyaçıdır. Yaxın günlərdə Tərlanın əlilliyi qiymətləndiriləcək, əlillik təyin edildikdə, o da hər ay təqaüd və müavinət alacaq.

Onun atası Elçin Kərimduxtun əlilliyə görə müavinətlə təmin edildiyi məlumat verilib. Lakin işləmək istədiyi üçün Məşğulluq Mərkəzinə dəvət olunaraq vakansiyalarla tanış edilib. O, şirkətlərdən birində olan maşinist vakansiyasını seçib, həmin vakansiya üzrə də müsahibədən keçib işlə təmin olunacaq.

21 yaşlı Elvinin qardaşı Tərlanın səhhətinə görə hələ ki, işləmək istəmədiyi bildirilib. Lakin istədiyi vaxt onun məşğulluğu üçün iş aparılacaq.

Qeyd edilib ki, ailə özünüməşğulluq proqramına cəlb edilə biləcəkləri barədə təklifləri də dəyərləndirəcək. Əgər istəsələr, onlara bu proqram əsasında kiçik müəssisələrini yaratmaq üçün növbədənkənar və qısa müddətdə aktivlər veriləcək.

Eyni zamanda, ailəyə birdəfəlik maddi yardım da veriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678