Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda qəza tıxaca səbəb oldu – VİDEO

132 Baxış

Günorta saatlarında Heydər Əliyev prospektidə iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, qəza yolun şəhər istiqamətindəki hissəsində qeydə alınıb. 

Belə ki, eyni istiqamətdə hərəkətdə olan “Ford” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Zərbənin gücündən “Mercedes” dəmir arakəsmələrə çırpılıb. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir. Lakin nəqliyyat vasitələri deformasiyaya uğrayıb. 

Qəza səbəbindən yolun həmin hissəsində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678