Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid Məhəmməd Osmanovun son arzusu: “Oğlumun adını Xalid qoyun” – VİDEO

132 Baxış

Ömürünün 26-cı baharında canını vətənə fəda edən qəhrəmanlardan biri də Məhəmməd Osmanovdur.

M.Osmanov Ağdaş rayonunun Ərəbocaq kəndində doğulub. Onun uşaq yaşlarından hərbə böyük marağı olub. 

Hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qoşulub. İki il idi ki, müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət edib. Ən böyük arzusu da torpaqlarımızın düşmən tapdağından azad edilməsi olub. 

Vətən müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə sentyabrın 29-da Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 4-də yaşadığı Ərəbocaq kəndində torpağa tapşırılıb. 

 Şəhidimizin atası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, oğluna dəfələrlə başqa sahədə çalışmağı təklif etsə də, M.Osmanov atasına məhəl qoymadan müddətdən artıq hərbçi kimi çalışıb. 

Şərəfli döyüş yolu keçən Məhəmməd Osmanovdan geriyə qalan tək unudulmayacaq xatirələri deyil. Tezliklə onun ailəsində oğlu dünyaya göz açacaq və şəhid atasının arzusuyla dünyaya gələcək körpəyə Xalid adı veriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678