Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ucarda karantin qaydalarını pozan oyun zalı aşkarlandı – FOTO

117 Baxış

Ucarda karantin qaydalarını pozaraq, fəaliyyət göstərən kompüter oyunları zalı müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə Regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən kompüter oyunları zalı aşkar edilib. 

Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə obyektin sahibi də daxil olmaqla, ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək, cərimə olunublar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678