Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz – FOTO/VİDEO

323 Baxış

44 gün davam edən Vətən Müharibəsindən canından keçən igidlərimizdən biri də Cavid Hüseynovdur. Düşmənin xeyli canlı qüvvəsini məhv edən qəhrəmanımız Füzuli istiqamətində gedən gərgin döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 

Şəhid Hüseynov Cavid Habil oğlu 01.04.1994-cü ildə Cəlilabad rayonun Hamarqışlaq kəndində anadan olub. Hələ uşaqlıq illərindən hərbi formaya, bayrağa, Vətənə böyük sevgisi olub. Orta məktəbi 2011-ci ildə bitirib. O, 2012-ci ildə hərbi xidmətə yollanıb. Xidməti dövründə yüksək hazırlığı ilə seçilən Cavid dəfələrlə hərbi komandanlıq tərəfindən fəxri fərman və təşəkkürnamələr alıb. 

2014-cü ildə hərbi xidmətini başa vuran Cavid yenidən ordu sıralarına yazılıb və MAXE kimi xidmətini davam etdirib. O, dəfələrlə sosial şəbəkə hesabındakı paylaşımlarında Vətən üçün şəhid olmaq istədiyini bildirib. 

Ən son bu il Azərbaycan və Türkiyə orduları arasında keçirilən hərbi təlimdə tank atışı üzrə Türkiyə komandanlığı tərəfindən təşəkkür alıb. 

Sentyabrın 27-də başlayan Vətən Müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə bir sıra kəndlərin və yüksəkliklərin azad edilməsində qəhrəmanlıq göstərib. Düşmənin xeyli canlı qüvvəsini məhv edib. 

Sonuncu dəfə sentyabrın 30-da anası ilə danışıb və yaxın günlərdə işğal altında olan torpaqlarımızın tamamilə düşməndən azad ediləcəyini deyib. 

O, həmin gün Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən Cavidin adı yazılıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Doğulduğu Hamarqışlaq kənd qəbiristanlığında dəfn edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678