Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazinin atası və qardaşı işlə təmin edilib – FOTO

144 Baxış

Qələbəmizin qəhrəmanlarına, onların ailə üzvlərinə dəstək tədbirləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlik əməkdaşları Vətən müharibəsində yaralanmış Atakişiyev Hüseynin ailəsinin vəziyyəti ilə tanış olublar. Qazinin atası Əfqan Atakişiyev dərzi olsa da, lazımi avadanlıqları olmadığına görə işləyə bilmir. Nazirlik əməkdaşları onu istəyinə uyğun olaraq, həmin gün növbədənkənar özünüməşğulluq proqramına cəlb ediblər.

“Əfqan Atakişiyevin dərzi sexini qurması üçün bütün avadanlıqlar (bir neçə növ tikiş maşını masaları ilə birgə, buxar ütüsü, ütü masası və s.) verildi. Qazimizin anası işləyir, qardaşı Elmir işləmədiyi üçün o da ödənişli ictimai işlərə cəlb edilib. Hüseynin özünün isə yaxın günlərdə əlilliyi qiymətləndiriləcək. Əlillik təyinatı aparıldığı halda, hər ay təqaüd və müavinətlə, Nazirlik tərəfindən reabilitasiya xidmətləri ilə təmin olunacaq. Bakının Suraxanı rayonunda yaşayan ailə bundan sonra da diqqətimizdə olacaq”, – deyə məlumatda bildirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678