Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhidlik arzusuna çatan qəhrəman gizirimiz – FOTO/VİDEO

251 Baxış

44 günlük Vətən Müharibəsində igid oğullarımız qanları, canları bahasına işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad ediblər. Belə qəhrəmanlarımızdan biri də Sadıqlı İbrahim Şahin oğludur. 

O, 1993-cü il iyulun 28-də Bakı şəhərində anadan olub. 1999-cu ildə 292 nömrəli orta məktəbin birinci sinfində daxil olub. 2008-ci ildə təhsilini Bakıdakı peşə liseylərindən birində davam etdirib. 2011-ci ildə təhsilini başa vuran İbrahim hərbi xidmətə yollanıb. 2013-cü ildə xidmətini uğurla başa vurub. 

O, 2016-cı ildə yenidən hərbiyə qayıdıb və gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Müdafiə Nazirliyi tərəfindən dəfələrlə fəxri fərman və medallarla təltif edilib. 

2018-c ilin sentyabrından 2019-cu ilin yanvarındakək Çin Xalq Respublikasında keçirilən snayper kursunda 50 ölkə arasında ikinci yeri tutub və bayrağımızı yüksəklərdə dalğalandırıb. 

2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ, Kəlbəcər, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib, 60-a yaxın düşmən əsgərini məhv edib. Oktyabrın 3-cə Cəbrayıl istiqamətdə gedən yaralı döyüş yoldaşlarımını atəş altından çıxaran zaman şəhidlik zirvəsinə yüksəlib. 

Evin son beşiyi olan İbrahim ailəsinə deyib: “Şəhid olsam, elə edin ki, məni bütün Azərbaycan tanısın”. 

İbrahim Sadiqli ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678