Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət qurumunun 11 əməkdaşı “Cəsur döyüşçü” medalı ilə təltif edildi

236 Baxış

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən Müharibəsində iştirak edən 5 449 hərbi qulluqçunun “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən təltif edilənlər arasında “Azərişıq” ASC-nin Vətən Müharibəsində yaralanan 11 əməkdaşının da adı yer alıb.

Ali Baş Komandanımızın qiymətləndirdiyi “Azərişıq” ASC-nin əməkdaşları Yusibov Elçin Nuru oğlu, Yahyayev Ceyhun Vüqar oğlu, Qafarov İlkin Polad oğlu, Quliyev Elçin Adil oğlu, Babayev Təhmin İntiqam oğlu, İsmayılov Ovçu Ramiz oğlu, Cəfərzadə Rəsul Səftər oğlu, Hidayətov Ramin Yelmar oğlu, Məmmədov Tural Ədalət oğlu, İsmayılov Seyidağa Zabit oğlu və Hamletzadə Hamlet Ruslan oğludur.

Təltif edilən əməkdaşlarımızın 10-u əsgər kimi, biri, yəni Məmmədov Tural Ədalət oğlu isə leytenant kimi vətənin müdafiəsinə yollanıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin bir neçə gün öncə imzaladığı sərəncamla “Azərişıq” ASC-nin şəhid olan beş əməkdaşı “Vətən uğrunda” medalı ilə təltif edilmişdi.

Qeyd edək ki, sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən Müharibəsində “Azərişıq” ASC-nin 293 əməkdaşı iştirak edib. Onlardan altısı şəhidlik zirvəsinə yüksəlib, 23-ü isə yaralanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678