Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müdafiə Nazirliyi “AzeriMed”i Fəxri Fərmanla təltif edib

139 Baxış

Sentyabrın 27-də  Qarabağ uğrunda  Vətən müharibəsi başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan ordusu böyük  Zəfər çaldı.

Bu çətin günlər ərzində bütün Azərbaycan bir yumruq kimi birləşdi.

Vətən Müharibəsi həm də dünyaya ağır günlər yaşadan COVID-19 pandemiyası dövrünə təsadüf etdi. Çətinliklərə baxmayaraq “AzeriMed” ailəsi  ‘’Hər şey Vətən üçün’’  deyərək  hər iki cəbhədə fəal mübarizəyə  qoşuldu.
Hər bir Azərbaycan vətəndaşı kimi “AzeriMed” QSC-nin əməkdaşları da müqəddəs, tarixi torpaqlarımız uğrunda döyüşlərə böyük qürur hissi, ruh yüksəkliyi və mütəşəkkil  şəkildə qoşuldu. Qısa  müddətdə şirkətin ayrı-ayrı bölmələrində çalışan 48 əməkdaş  könüllü və rəsmi çağırışçı kimi ordu sıralarına  yola düşdü. 

“AzeriMed’’ QSC rəhbərliyi orduya dəstək məqsədilə həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatlarını  davamlı şəkildə Azərbaycan ordusunun sərəncamına göndərdi.

Bundan əlavə, şirkət müharibə zonasına yaxın ərazilərdə yaşayan əhaliyə COVID-19 ilə mübarizə üçün təmənnasız olaraq çoxlu sayda tibbi maska, dezinfeksiya və gigiyena vasitələri  göndərdi. Həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatlarının  Azərbaycan ordusunun sərəncamına davamlı şəkildə göndərilməsi təmin olundu. 

Şirkətin 48 könüllüsündən biri – İlkin Ağakişiyev müharibədə qızğın döyüşlər zamanı  ağır yaralanaraq Şəhidlik zirvəsinə ucaldı. İlkin əbədi olaraq, “AzeriMed”in fəxri və unudulmaz əməkdaşı kimi daim qəlblərdə yaşayacaqdır!

“AzeriMed” QSC-nin dövlət, xalq qarşısında xidmətləri  layiqincə qiymətləndirilib. Şirkət Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı ordumuzun  tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz rejimdə təmin olunmasında, yaralılara tibbi yardımın təşkilində, zəruri avadanlıq, dərman vasitələri və digər ləvazimatlarla təminatına verdiyi layiqli töhfəyə  görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə  təltif olunub.

Müharibə dövründə fəaliyyətimizə verdiyi dəyər üçün Müdafiə Nazirliyinə öz minnətdarlığımızı bildiririk.

Şirkət rəhbərliyinin və əməkdaşların bu uğura, böyük qiymətə  bir cavabı var:

Azərbaycan Respublikasına xidmət edirik!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678