Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda daha bir alim vəfat etdi – FOTO

128 Baxış

Azərbaycanda daha bir alim vəfat edib.

Bu barədə Oxu.Az-a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, universitetin Nəzəri və praktiki iqtisadiyyat kafedrasının müəllimi Telman Babayev həyatını itirib.

1942-ci il təvəllüdlü alim ölümündən əvvəl koronavirusa yoluxub. Onun müalicəsi müsbət nəticə versə də, ağciyərlərində fəsadlar ortaya çıxıb. Professor elə bu fəsadlardan ölüb.

Qeyd edək ki, alim Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İqtisad Universitetinin 90 illiyində “Tərəqqi” medalı ilə təltif olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678