Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ETSN-dən tibbi tullantılarla bağlı AÇIQLAMA

129 Baxış

“Ötən dövr ərzində 17 min kub metr həcmində 70-dən çox müəssisədən pandemiya ilə bağlı toplanan tibbi tullantılar müvafiq müqavilələr əsasında toplanıb”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

“Tibbi tullantılar bir sıra regionlarda – Bakı, Quba, Ağdaşda və digər yerlərdə olan xüsusi qurğularda 850-1200 dərəcə temperaturda yandırılıb. Onun külü ətraf mühitə atılmır. Bu günə qədər 313 kub metr tibbi tullantılardan əmələ gəlmiş kül təhlükəli tullantılar poliqonunda basdırılıb”.

H.Əlizadə ov mövsümündən də danışıb:

“Pandemiya səbəbindən ov mövsümünə də məhdudiyyətlər qoyulub. Ölkədə yay aylarında sanitar epidemoloji vəziyyət sabitləşdi, məhdudiyyətlər götürüldü. Sentyabr ayının 1-dən ov mövsümü açıq elan olundu. Daha sonra Vətən Müharibəsinin başlaması və COVID-19-la bağlı vəziyyətlə əlaqədar olaraq ov mövsümünün saxlanılması qərara alındı”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678