Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağda düşmən iki min illik təbiət abidələrini məhv edib – Nazirlikdən AÇIQLAMA

127 Baxış

“Azərbaycan torpaqları işğalda olan zaman xüsusi mühafizə olunan təbiət əraziləri məhv edilib. Orada dörd yasaqlıq, iki dövlət təbiət qoruğu var idi”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, onların vəziyyəti yaxşı deyil:

“Bəsitçay qoruğunın yarında çoxu kəsilib, məhv edilib. Qaragöl qoruğunun da böyük bir hissəsi qurudulub. Yasaqlıqların ərazisində olan meşə ərazilərinin minlərlə hektarının kəsildiyi qeydə alınıb. Ərazilərdə davamlı tədbirlər görülməlidir”.

“Qarabağ ərazisində 152 təbiət abidəsi qeydə alınıb ki, yaşı 450, 500, hətta 2000 yaşı olan ağaclar məhv edilib. Hazırda qiymətləndirilmə işləri aparılır. Həmin xüsusi mühafizə olunan ərazilərdə təbii bərpa gedəcək və inkişaf edəcək”, – deyə o qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678