Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ETSN rəsmisi: “Pandemiya dövründə brakonyerliklə məşğul olanların sayı azalıb”

117 Baxış

“Pandemiya dövründə brakonyerliklə məşğul olanların sayı azalıb. Amma qanunsuz ovla məşğul olanlar var”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, ötən həftənin sonunda qanunsuz ovla məşğul olan bir neçə nəfər tutulub:

“İsmayıllı rayonunda qanunsuz ovla məşğul olan iki nəfər, Xəzər dənizi sahilində isə qanunsuz balıq ovu ilə məşğul olan dörd nəfər saxlanılıb”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678