Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsində zəfər tarixinin yazılmasında iştirak edən hərbçimiz – FOTO

135 Baxış

Vətən müharibəsində zəfər tarixi yazan, döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş yüzlərlə əsgərimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə”, eləcə də “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qürur və şərəf tariximizi yazan, bu gün təltif edilmiş igid oğullarımız arasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Araz Ağayev də var. Baş leytenant Araz Ağayev “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Araz ehtiyatda olan zabit kimi ilk günlərdən Qarabağın azadlığı uğrunda döyüşlərə qatılıb. O, Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Hazırda Xankəndi ətrafında postlarda döyüş mövqelərində keşik çəkir.

Təltif xəbərini də elə mövqedə alıb. Üç övlad atası olan Araz vətən uğrunda gedən döyüşlərin iştirakçısı olduğu üçün özünü xoşbəxt sayır. Döyüşlərə yollanmamışdan əvvəl sosial şəbəkədə yazdığı son status belə idi: “Uca millətimizin birlik tarixi, bütün ümidsizliklərdən qurtuluş tarixidir. Bu tarixi olduğu kimi, hər anını, hər saniyəsini sevə-sevə yazmaq lazımdır ki, gələcək nəsillər geriyə boylananda ürəkləri dağa dönsün”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678