Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DOST İş Mərkəzinin direktoru da “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib

279 Baxış

Vətən müharibəsində ölkəmizin ərazilərinin azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidliyi və şücaəti ilə seçilən, buna görə də Prezident İlham Əliyevin Sərəncamları ilə medallarla təltif olunanlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışanlar da var.

Onlardan biri nazirliyin  DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılov dövlət başçısının Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.

Ehtiyatda olan zabit F.Cəbrayılov müharibənin ilk günlərindən səfərbərlik çərçivəsində ordu sıralarına qatılıb. Baş leytenant, tağım komandiri kimi Silahlı Qüvvələrin döyüş əməliyyatlarında iştirak edib. 

Ümumilikdə, nazirlik sistemindən müxtəlif vəzifələrdə çalışan 81 əməkdaş səfərbərlik əsasında İkinci Qarabağ müharibəsində iştirak edərək, möhtəşəm Zəfərimizin qazanılmasına, şanlı tariximizin yazılmasına şərəflə öz töhfəsini verib.

Qələbəmizin qəhrəmanları ilə fəxr edirik! 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678