Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Minik avtomobilinin vurduğu piyada xəstəxanada öldü

135 Baxış

Balakəndə minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Heydər Əliyev prospektində baş verib.

Belə ki, Balakən şəhər sakini, 1958-ci il təvəllüdlü Bəxtiyar Əmrullah oğlu Osmanov yolu keçmək istəyən zaman, rayon sakini Faiq Həşimovun idarə etdiyi “VAZ 2107” markalı 90 HO 133 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən vurulub.  

Qəza zamanı ağır qapalı kəllə-beyin travması alan B. Osmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. B. Osmanov Zaqatala RMX-a daxil olduqdan bir neçə saat sonra aldığı ağır xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678