Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bəzi hərbçilərin uşaqlarına müavinətin verilməsilə bağlı qərar ikinci oxunuşda qəbul edildi

619 Baxış

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Qanuna daha bir dəyişikliklə isə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678