Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan könüllülərinin “Könüllülər ili” üzrə fəaliyyətlərinə dair hesabat konfransı keçirilib – FOTO

149 Baxış

Dekabrın 29-da Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə ölkə Prezidentinin Sərəncamı ilə elan edilmiş “Könüllülər ili” üzrə könüllülərin cari ildəki fəaliyyətlərinə dair onlayn hesabat konfransı keçirilib.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Könüllülər tərəfindən il ərzində həyata keçirilən müxtəlif aksiyalar, layihələr və tədbirlərlə bağlı görülən işlərə dair hesabat videosunun təqdim edilməsi ilə davam edən görüşdə Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Şahin Seyidzadə, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov və 500-dən çox gənc iştirak edib.

Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycanda bu günə qədər könüllülük sahəsində olduqca böyük uğurlar əldə edilib və könüllülər ölkədə keçirilən müxtəlif irimiqyaslı, beynəlxalq tədbirlərin təşkilində əvəzolunmaz rol oynayıblar. Könüllülüyün Azərbaycan xalqının olduqca qədim tarixə malik vacib dəyərlərindən biri olması və bu dəyərlərin qorunub saxlanılmasının gənclərin cəmiyyətimizin müxtəlif istiqamətlərdə inkişafı üçün verdikləri vacib töhfə olduğu vurğulanıb, eyni zamanda, rəsmilər tədbir iştirakçılarını böyük Qələbə münasibətilə təbrik edib və 44 günlük Vətən müharibəsində Azərbaycan könüllülərinin vətənlərinə nə qədər bağlı olduqlarını nümayiş etdirdiklərini bildiriblər. 

Bundan əlavə qeyd olunub ki, könüllülərin ilin əvvəlindən bütün dünyanı bürümüş COVID-19 pandemiyası ilə mübarizədə cənab Prezidentin çağırışına cavab olaraq bir çətir altında birləşmələri və “Biz Birlikdə Güclüyük!” şüarı altında xüsusi həmrəylik nümayiş etdirmələri, informasiya müharibəsində önəmli fəaliyyətləri ölkə rəhbərliyi tərəfindən də hər zaman yüksək qiymətləndirilir. 

Konfransın sonunda Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyevin adından könüllülərə ünvanlanmış təşəkkür məktubu səsləndirilib və müxtəlif könüllü təşkilatlarını təmsil edən könüllülər tərəfindən çıxışlar baş tutub. Könüllülər başda cənab Prezident İlham Əliyev olmaqla bütün ölkə rəhbərliyinə və Azərbaycan xalqına onlara göstərilən xüsusi qayğı, rəğbət və etimada görə təşəkkürlərini bildirib, bundan sonrakı fəaliyyətlərində də hər zaman cəmiyyətimizin rifahı və inkişafı istiqamətində çalışacaqlarını qeyd ediblər.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678