Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda daha 34 nəfər koronavirusdan öldü: 1052 yeni yoluxma – FOTO

104 Baxış

Azərbaycanda koronavirusa (COVID-19) 1 052 yeni yoluxma faktı qeydə alınıb, 4 067 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 34 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 34 732 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 10 904, hazırkı dövrədək isə 2 185 247 test aparılıb.

Ümumi ölənlərin sayı 2 609 nəfərdir.

Ümumi yoluxanların sayı 217 636 nəfər, ümumi sağalanların sayı 180 295 nəfərdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678