Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pandemiya müharibəsi: 2020-ci ildə əhalinin sosial vəziyyəti necə oldu?

156 Baxış

Artıq 2020-ci ilin geridə qalmasına sayılı günlər qalıb.

Azərbaycanda bu ilin təhsil, səhiyyə və digər sosial sahələr üzrə mənzərəsi necədir?

Gəlin, birlikdə bu il sadalanan sahələrdə baş verən hadisələrə nəzər salaq. 

İlk olaraq hazırda dünyada tüğyan edən koronavirus pandemiyasından danışaq. 

Bildiyiniz kimi, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus hazırda bütün dünyada tüğyan edir.  

Əfsuslar olsun ki, bu xəstəlik Azərbaycan ərazisindən də yan keçmədi və 2020-ci ilin fevral ayında ilk COVID-19-a yoluxma halları qeydə alındı və getdikcə yoluxma sayı artdı. 
Azərbaycan hökuməti insanların sağlamlığı üçün ölkədə xüsusi karantin rejimini tətbiq etdi. 

Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə 190 manat birdəfəlik ödəmə həyata keçirilib. Bu günə kimi 600 min şəxsə 190 manatlıq yardım tam şəffaf şəkildə ödənilib.

Pandemiya olmasına baxmayaraq, 2020-ci ilin ötən dövründə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq çox vəsait ödənilib. 

Bu artımın 700 milyon manatdan çoxu pensiya, qalanı müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənişlərdəki artımlardır. Ümumilikdə isə 2020-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait 5 milyard 264 milyon manat təşkil edib. 

2020-ci ildə pensiyaların orta aylıq məbləği 14% artaraq 300 manat təşkil edib. Pensiyaların sığorta hissəsi 16,6% indeksasiya edilərək artırılıb, 1,2 milyondan artıq pensiyaçını əhatə edən bu artım üçün aylıq 43 mln. manat əlavə vəsait ödənilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678