Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan könüllüləri aztəminatlı ailələrə və tənha ahıllara bayram sovqatları çatdırıblar – FOTO

129 Baxış

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan könüllüləri #Birlikdəstək (Birlikdə dəstək) yardım kampaniyası çərçivəsində Bakı şəhəri və ətraf rayonlarda aztəminatlı ailələri və tənha yaşayan ahıl vətəndaşlarımızı ziyarət ediblər. Hər addımlarında milli həmrəylik, xeyirxahlıq və birlik nümayiş etdirməyi qarşılarına məqsəd qoyan könüllülər onlara bayram sovqatları çatdırıb, həmsöhbət olublar.

Xatırladaq ki, Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə düşmən hücumlarından zərərçəkən ailələlərə yardım məqsədilə başladılan humanitar yardım kampaniyası çərçivəsində həmçinin aztəminatlı və həssas kateqoriyadan olan vətəndaşlarımıza da dəstək göstərilir. Xeyirxah vətəndaşlar tərəfindən edilən ianələr könüllülər tərəfindən çeşidlənərək bağlamalara yığılır və ehtiyacı olanlara çatdırılır. Ümumilikdə, bu günüdək kampaniya vasitəsilə 400-ə yaxın ailəyə ərzaq və qeyri-ərzaq məhsullarından ibarət bağlamalar çatdırılmışdır.

Dəstək olmaq istəyən vətəndaşlar ianə etmək istədikləri məhsul və ya əşyaları linkdə qeyd olunan ünvanlara yaxınlaşaraq təhvil verə bilər və ya qaynar xətt ilə əlaqə saxlaya bilərlər.

Ünvanlar: https://cutt.ly/ygAbaQk

Qaynar xətt: +99470 266 80 90


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678