Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən il köçürülən və distant təhsil alan tələbələrin sayı bilindi

247 Baxış

Ötən il Azərbaycanda tələbələrin köçürülməsinin nəticələri açılanıb.

Bu barədə Təhsil Nazirliyin yaydığı hesabatda qeyd edilib.

2020-ci ildə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi həyata keçirilib.

Transfer.edu.az portalı vasitəsilə ali təhsil üzrə 2625, orta ixtisas təhsili üzrə 423 nəfər olmaqla 3048 tələbənin müraciəti təmin olunub.

Ötən il distant təhsil imkanı yradılan tələbələr barədə də məlumat verilib.

Pandemiya dövründə təhsil proqramlarının mənimsənilməsinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslərin təşkilinə başlanılıb.

Həmin dərslərə 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub. Həmçinin onlayn dərslərə qoşulmaq üçün lazımi şəraiti olmayan müəllim və tələbələrin faydalanmaları üçün 17 region üzrə 28 məktəbdə internet-kompüter mərkəzləri yaradılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678