Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Vətən uğrunda” medallı daha bir şəhidimiz – FOTO/VİDEO

131 Baxış

Azərbaycan Vətən müharibəsində öz doğma dədə-baba torpaqlarına qovuşaraq 30 ilə yaxın davam edən Qarabağ həsrətinə son qoydu.

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Allahverdiyev Kənandır.

O, 2002-ci ildə doğulub. Şəhidimiz cüdo idman növü üzrə Sumqayıt şəhər birinciliyinin mükafatçısı olub. 2020-ci ilin may ayında hərbi xidmətə yollanıb.

Qəhramanımız Vətən müharibəsində döyüşlərdə igidlik göstərib. Döyüş yoldaşları bildirib ki, Kənan snayper olub. Döyüş zamanı ayağından yaralansa da yenə də ermənilərlə döyüşüb. Suqovşan uğrunda gedən döyüşlərdə, 2020-ci ilin oktyabrın 4-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

O, Qarabağ döyüşündə göstərdiyi şücaətə görə, “Vətən uğrunda” medalı ilə təltif olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678