Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Son 50 ildə gəmiçilikdə əldə olunan nailiyyətlər – FOTO

136 Baxış

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi son 50 il ərzində gəmiçilik sahəsində əldə edilən nailiyyətlər haqqında məlumat verib.

Qurumdan bildirilir ki, bu dövr ərzində görülən tədbirlər gəmiçiliyin inkişafına böyük töhfələr verib.

“1970-ci ilədək istifadə olunan texniki vasitələr Xəzərin cəmi 40 metr dərinliyində işləməyə imkan verirdi. Buna görə əvvəlcə dənizin 70 metr dərinliyində fəaliyyət göstərməyə imkan verən “Xəzər” tipli üzən qazma qurğuları alındı.

Az müddət sonra Ulu öndər Heydər Əliyev qarşıya dənizin 200 metr və daha çox dərinliyində işləmək vəzifəsi qoydu və bu məqsədinə nail oldu”, – deyə məlumatda qeyd edilib.

Əlavə olaraq vurğulanıb ki, 70-ci illərin əvvəllərindən gəmiçiliyin sahil bazasının inkişafına da xüsusi diqqət ayrılıb:

“Xəzər limanları yeni yükvurma və yükboşaltma avadanlıqları ilə təmin edilib. V. Sturua və “Paris kommunası” adına gəmi təmiri zavodlarında yeni körpülər istifadəyə verildi”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678