Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İş yerinə dair arayış əldə etmək asanlaşdı – VİDEO

135 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı aktiv əmək müqaviləsi bildirişi olan hər kəsə işəgötürənə müraciət etmədən iş yerinə dair arayışı əldə etmək imkanı yaradır.

Nazirlikdən verilən məlumata görə, prosedur çox sadədir: İlk növbədə e-sosial.az portalına daxil olur və qeydiyyatdan keçirsiniz. Daha sonra e-xidmətlər pəncərəsindən “İş yerinə dair arayış” bölməsini seçir və lazım olan məlumatları sistemə daxil edirsiniz. Beləliklə, istənilən vaxt daha asan, sürətli və rahat şəkildə həmin arayışı əldə edirsiniz.

Ötən il e-sosial.az portalına iş yerinə dair arayış əldə edilməsi üçün 385 880 müraciət qeydə alınıb.

Nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətləri özündə cəmləşdirən e-sosial.az portalında həmçinin 30 e-arayış xidməti də əhalinin istifadəsindədir.

“İş yerinə dair arayış” ilə bağlı ətraflı məlumat almaq üçün nazirlik tərəfindən hazırlanan video çarxı təqdim edirik.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678