Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dilqəm Əsgərov: “Şuşa həbsxanasında azərbaycanca kitablar qalmışdı” – FOTO

153 Baxış

“Şuşa həbsxanasında azərbaycanlılardan qalmış kitablar bir yerə yığılmışdı. Beynəlxalq Qırmızı Xaç Komitəsi yanıma gələndən sonra onlara deyirdim, həmin kitablardan mənə oxumağa verirdilər”.

Bunu Oxu.Az-a açıqlamasında erməni girovluğundan yenicə qayıtmış Dilqəm Əsgərov bildirib.

O, əsirlikdə olarkən Şuşa həbsxanasında kirilcə yazılmış Azərbaycan dilində kitabların olduğunu görüb və onu götürüb oxuyub:

“Ermənistanın ombudsmanı Larisa Allahverdyanla da bu barədə çoxlu mübahisəm olub. Ona da demişəm ki, siz yalan danışırsınız, Artsax dövləti olmayıb. Həmin bu kitabda da bu var. Bundan sonra üzərimdə axtarış etdilər. Mən bilirdim ki, axtarılacağam. O kitabdan iki səhifəni cırıb turbanın üstündə gizlətmişdim. Ona görə bunu tapa bilmədilər. Bakıya gələndə də bunu mənə yazılan məktubların arasına soxub özümlə gətirdim”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678