Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəmkirdə oğurluq edən şəxs tutuldu – FOTO

122 Baxış

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini Anar Nağdıyev cari ilin yanvar ayında şəhər ərazisində yerləşən mağazaya qanunsuz daxil olaraq oradan 300 manat nağd pul, ümumi dəyəri 800 manat olan 2 ədəd mobil telefon və kompüter oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A. Nağdıyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan çəkisi 485 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678