Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qardaşının şəxsiyyət vəsiqəsi ilə postu keçməyə çalışan sürücü həbs edildi – FOTO

267 Baxış

Qubada karantin qaydalarını pozaraq qardaşının şəxsiyyət vəsiqəsi ilə postdan keçmək istəyən şəxs saxlanıb.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə qurulmuş müvəqqəti stasionar postda xidmət aparan zaman sərtləşdirimiş karantin rejimi qaydalarını kobud şəkildə pozaraq Qusar rayonu istiqamətində hərəkət edən Quba rayon sakini Rəşad Talıbovu idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi ilə birlikdə saxlayıblar.

Şöbə əməkdaşları sürücünün hərəkətə icazə verən xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman isə sürücü Rəşad Talıbov rayon ərazisində, eləcə də digər rayonlara sərbəst getmək üçün icazə.gov.az portalından qeydiyyatdan keçən və hərəkətinə icazə verilən qardaşı Ramil Talıbova məxsus şəxsiyyət vəsiqəsindən istifadə etdiyini müəyyənləşdiriblər.

Onun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınıb və qanunvericiliyə uyğun olaraq RPŞ-nə gətirilib. 

Faktla bağlı Rəşad Talıbov barəsində Quba RPŞ-də toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarına əsasən həmin şəxs inzibati qaydada 10 sutka həbs edilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678