Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik iki əməkdaşını Vətən müharibəsindən sonra qarşıladı – FOTO

339 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Firidun Quliyev və Orxan Məcidov cəbhə bölgəsindən tərxis edilərək iş başına qayıdıblar. 

Nazirlikdən verilən məlumata görə, Vətən müharibəsinin ilk günlərindən düşmənə qarşı mübarizədə şərəfli döyüş yolu keçən Firidun Quliyev və Orxan Məcidov Fondun kollektivi tərəfindən böyük coşqu ilə qarşılanıb.

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Prezident, Ali Bas komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun cəmi 44 gün ərzində əldə etdiyi möhtəşəm tarixi zəfərdən bəhs edib. Bu qələbədə, ərazilərimizin erməni işğalından azad edilməsində iştirak edən Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarına təşəkkür edib. Fond sədri onlara bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb.

Qeyd edək ki, Xocavənd və Şuşa istiqamətində, eləcə də mühüm strateji yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən zenit raket taqımının komandiri olmuş leytenant Firidun Quliyev hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub. Könüllü olaraq ordu sıralarına yollanaraq mühəndis-istehkam bölüyünün minatəmizləyən əsgəri olmuş Orxan Məcidov isə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678