Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağdaş və Tərtər sakinlərindən oldu silahlar götürülüb

133 Baxış

Ağdaş və Tərtər sakinlərində qanunsuz silahlar aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Q.Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Eyni zamanda Tərtər polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakinləri Q.Rzayevin, X.Axundovun, S.Allahverdiyevin və E.Cahangirovun yaşadıqları evlərə baxış zamanı beş ədəd “İJ” markalı ov tüfəngi aşkarlanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678