Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlikdən YENİLİK: Bundan sonra…

127 Baxış

“Bu gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında meteo.az bölməsinə daxil olmaqla, respublika üzrə hava haqqında məlumat almaq mümkündür”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, həmin bölmədə səsli mesajlar, fermerler üçün aqrometeoroloji məlumatlar yer alacaq:

“Meteohəssas insanlar üçün ayrıca bir bölmə olacaq. Tibbi meteoroloji proqnozlar yerləşdiriləcək. Bununla yanaşı, ölkədə gözlənilən anomal hadisələr haqqında xəbərdarlıqla bağlı məlumatılar öz əksini tapacaq”.

“Meteo.az bölməsində rəngli kodlarla, rəqəmlər vasitəsilə gözlənilən təhlükəli hidrometeoroloji hadisələr barədə məlumat əldə etmək mümükündür”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678