Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Füzulinin 38 şəhid verən kəndində abidə kompleksi açıldı – FOTO

138 Baxış

Füzuli rayonunun Böyük Bəhmənli kəndində Rayon İcra Hakimiyyətinin və kənd sakinlərinin təşəbbüsü və birgə dəstəyi ilə Birinci Qarabağ müharibəsində və Vətən Müharibəsində iştirak etmiş, Böyük Bəhmənli kəndindən olan 38 şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilmiş “Bulaq” abidə kompleksinin açılışı olub.

Açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, pandemiya şəraitinin tələblərinə uyğun olaraq Böyük Bəhmənli kəndinin ziyalılarından və ağsaqqallardan bir qrup və şəhid ailələri iştirak edib.

“Bulaq” abidə kompleksinin önünə əklil qoyulub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678