Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb – FOTO

134 Baxış

Nəsimi rayonunda üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş vətəndaş Raqil Bayramov saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

Polis Şöbəsində onun əlindəki idman çantasına baxış zamanı bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silah, 19 ədəd patron və daraq aşkar edilərək götürülüb. Raqil Bayramov barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar cinayət işinin başlanılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib. 

Saxlanılan şəxsin ətrafinda əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678