Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Quşçuluq broyler təsərrüfatında tələblərə uyğun olmayan fəaliyyət aşkarlanıb – FOTO

144 Baxış

Sumqayıt şəhərində quşçuluq broyler təsərrüfatında yoxlama həyata keçirilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Məlumatda bildirilir ki, istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxil olan məlumat əsasında agentliyin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsi 1 ünvanında yerləşən, “Murad Aqro” MMC-yə məxsus quşçuluq broyler təsərrüfatında yoxlama həyata keçirilib.

Keçirilən yoxlama zamanı təsərrüfatın normativ texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkar olunub. Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678