Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ucarda bir qaşıq suya həsrət qalanlar – VİDEO

119 Baxış

Hazırda qış fəsli olmasına baxmayaraq, hələ də Ucarda su poblemi yaşanmaqdadır. 

Baku TV xəbər verir ki, yay aylarında havaların həddindən artıq quraq keçməsi Ucar rayonunda su qıtlığına səbəb olub. 

Rayonun Alpoud kəndi rayon mərkəzinə məsafə baxımından ən yaxın olsa da, əhali sayına görə ikinci yerdədir. Yay aylarında yaşanan susuzluq problemi hələ də bu kənddə davam edir. 
Sakinlərin sözlərinə görə, kənddə təsərrüfat suyu ilə yanaşı, içməli su olmadığı üçün məcburiyyətdən suyu maşınla alırlar ya da 18-20 metr dərinlikdə quyadan müəyyən qurğular vasitəsi ilə çıxarırlar. 

Su maşınları isə beş ton suyu 40 manata gətirir. 

Dəfələrlə yerli sakinlər bələdiyyə sədrinin və icra nümayəndəliyinin qəbulunda olsalar da, heç bir nəticəsi olmayıb. Payız aylarında əkinlən taxıl sahələrini belə suvara bilməyiblər. 

Məsələ ilə bağlı Ucar Suvarma Sistemləri idarəsindən şifahi olaraq bildirdilər ki, hazırda su kanallarında və çaylarda suyun səviyyəsinin aşağı düşməsi nəticəsində Alpoud kəndi ilə yanaşı, bir neçə kənddə də su qıtlığı yaranıb: 

“Ucar rayonunda suvarılan sahələrin 80 faizi Yuxarı Şirvan kanalından, qalan 20 faizi isə Göyçay və Türyan çaylarının payına düşür. 

Hazırda Göyçay, Türyan və Yuxarı Şirvan kanallarında suyun səviyyəsi normadan çox aşağıdır. Onu da qeyd edək ki, qış mövsümü olduğu üçün kəndlərarası daşıyıcı və paylayıcı su kanallarında qazıntı və təmizlənmə işləri aparılır. İşlər bitdikdən sonra həmin kəndə suyun verilməsi bərpa olunacaq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678