Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Medianın inkişafı üçün hansı istiqamətlər müəyyən edilib? – AÇIQLAMA

139 Baxış

Hazırda biz nizamnaməyə nəzər salsaq, orada nəzərdə əsas olaraq, dörd vəzifə və istiqamət görə bilərik. Bu, medianın inkişafına dəstək verilməsinin istiqamətlərini müəyyən etmiş olur.

Bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.

O bildirib ki, bunlardan biri konsultativ dəstəkdir:

“Medianın inkişafı üçün “konsultativ dəstək”, “maddi-texniki dəstək”, “təşkilati-texniki dəstək” nəzərdə tutulur. Hər birisini izah etməyə çalışsaq, görərik ki, məqsəd jurnalistlərin peşə və ixtisasının artırılmasına xidmət edəcək. Peşəkar jurnalistikanın formalaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində addımlar atılır. Medianın biznes modelə keçirilməsi üçün agentlik tərəfindən təşkilati dəstək göstəriləcək”.

Jurnalistlərin hansı formada peşəkar kadr kimi yetişdirilməsi ilə bağlı suala isə Ə.İsmayılov belə cavab verib:

“Jurnalistlərin peşəkarlıqlarının artırılması dedikdə, sözsüz ki, ixtisas artırılmasını xüsusi qeyd etməliyik. Bu istiqamətdə agentlik ilk növbədə bu peşəyə gəlmək istəyən şəxslərin peşə hazırlığı tədrisinin hazırlanmasına və təşkilinə dəstək göstərəcək. Digər məqam isə hazırda bu sahədə fəaliyyət göstərən jurnalislərin ixtisaslarının artırılmasının təmin olunmasıdır. Bu ölkədə mövcud jurnalistlərin kadr potensialı ilə bağlıdır. Bütün bu prosedurlarda təbii ki, xaricdən də mütəxəssislərin cəlb olunması və tədris prosesində iştirakı nəzərdə tutulur. Eyni zamanda xaricdə yerləşən ali tədris və ya tədris müəssisələri ilə əlaqələrin qurulması nəzərdə tutulur. Bu çərçivədə jurnalistlərin xaricdə treninq keçmələrini təşkil edə bilərik”.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678