Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan artıq cəzasız qalmayacağını anlayır: Baş prokuror rusiyalı həmkarına yalvardı

123 Baxış

Ermənistanın baş prokuroru Artur Davtyan rusiyalı həmkarı İqor Krasnova Azərbaycanda qaldırılan cinayət işlərində adı hallanan erməni məmurları axtarışa verməməyi təklif edib.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Ermənistan Baş Prokurorluğunun Davtyanla Krasnovun Moskvada keçirilən görüşü barədə açıqlamasında həmçinin qeyd olunub:

“Davtyan Azərbaycanın səlahiyyətli orqanları tərəfindən başladılan əsassız cinayət təqibi əsasında Ermənistanın keçmiş və hazırkı məmurlarının MDB ərazisində qanunsuz axtarışının istisna edilməsinin mümkünlüyünü xatırladıb”.

Erməni prokurorun Moskvada ölkəsindəki mövcud çoxsaylı problemləri müzakirə edərkən, məhz bu məqamı xüsusi vurğulaması təsadüfi deyil. Azərbaycanın apardığı uğurlu xarici siyasət nəticəsində Ermənistanın artıq əvvəlki dövrlərdə olduğu kimi cinayət əməllərini, məmurlarının qanunsuz addımlarını ört-basdır edə bilməyəcəyinin fərqində olan A.Davtyan son çarə kimi rusiyalı həmkarına yalvarmağı özünə rəva bilib.

Azərbaycan tərəfinin qətiyyəti və çoxsaylı sübutları qarşısında Rusiyanın da yuxarıda qeyd olunan müvafiq addımı ata biləcəyindən ehtiyat edən erməni məmur bir daha ölkəsindəki hərbi-siyasi rəhbərliyin çarəsizliyini ortaya qoyub.

A.Davtyan başa düşür ki, ikili standartlar və cəzasızlıq mühitindən istifadə edən Ermənistan və onu təmsil edən məmurların özbaşınalıqları, qanunsuz addımları, cinayətləri artıq cəzasız qalmayacaq. Azərbaycan dövləti cəbhədə tarixi ədaləti bərpa etdiyi kimi, istənilən müstəvidə də öz haqq səsini yüksəltməyə davam edəcək.

A.Davtyanın Moskvadakı görüşündə səsləndirdiyi bu fikirlər isə bir daha onu göstərir ki, qüdrətli və nüfuzlu Azərbaycanın arqumentləri qarşısında erməni tərəfi həmişə olduğu kimi riyakarlıq və yaltaqlıqla dayanmağa çalışacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678