Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın xalq artisti: “Həyat yoldaşım mənə aldığı avtomobili başqa qadına bağışladı” – VİDEO

116 Baxış

“Mənə həmişə bahalı zinət əşyaları alırdı. Qəbul etmirdim”.

Bu sözləri ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı Xalq atristi Flora Kərimova deyib.

Xalq artisti mərhum həyat yoldaşı Faiq bəyin ona aldığı avtomobili başqa bir qadına bağışladığını etiraf edib:

“Bir dəfə də maşın gətirdi. Maşın iki gün həyətdə qaldı, üçüncü gün gələndə dedim ki, Faiq, ya maşını apar, ya da açarı atacağam həyətə. Heç nə demədi. Mən də götürüb açarı atdım həyətə. O, bunu təhqir olaraq qəbul etdi. Maşını başqa bir qadına bağışladı. Həmin qadın da həyatda hər zaman ayağıma dolaşan biri idi. Həmin qadın da atalığı rəhmətə gedəndə maşını satıb, başdaşı etdirdi”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678