Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pandemiya dövründə ölkədə yaşamasına icazə verilən əcnəbilərin sayı AÇIQLANDI

312 Baxış

Pandemiya dövründə əlavə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlanıb. 

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı 59 963 olub:

“Gürcüstandan 25 385, Rusiyadan 23 583, Türkiyədən 3 626, Ukraynadan 1 736, Pakistandan 835 və digər ölkələrdən 4 795 nəfərin ölkədə yaşaması leqallaşdırılıb”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678