Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əcnəbilərin Azərbaycanda qalma icazələri ilə bağlı müraciətlərində KƏSKİN ARTIM

262 Baxış

“Ölkədə müvəqqəti olma müddətinin uzadılması və iş-yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayında artım qeydə alınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən ildə 12 599 nəfər elektron xidmətlərə müraciət edib:

“2019-cu ildə is bu rəqəm 1 475 nəfər təşkil edib. Elektron müraciətlərin sayında 8,5 dəfə artım müşahidə olunur”.

“ASAN Xidmət”in tərtib etdiyi xidmət indeksinə əsasən, Dövlət Miqrasiya Xidməti ötən il mərkəzi icra orqanları arasında ən yüksək nəticə – 85,54 faiz göstərib”, – deyə o qeyd edib. 

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678