Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Palçığı dizə çıxan Ramana sakinləri – VİDEO

139 Baxış

Bakının Sabunçu rayonu, Ramana Südçülük savxozu ərazisində yaşayan sakinlər sözün həqiqi mənasında palçığa batıblar.

Baku TV xəbər verir ki, küçələrdə kanalizasiya xətlərinin yoxluğu onların işini çətinləşdirir. Yağışın yağmasından uzun müddət keçsə də, hələ də küçələrdəki yağışdan yığılıb qalan su və palçıq qurumayıb.

Sakinlər məsələ ilə bağlı dəfələrlə adiyyatı qrumlara müraciət etsələr də onların şikayətlərinə baxılmayıb.

Ramana bələdiyyəsindən Baku TV-yə bildiriblər ki, problemin başlıca səbəbi əksər küçələrdə kanalizasiya şəbəkəsinin olmamasıdır. Ya o ərazidə tikilən evlər köçürülməli, ya da təzə yollar çəkilməlidir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678