Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ramin Bayramlı da vaksinasiya ediləcək

157 Baxış

Bu gün Azərbaycanda koronavirus (COVID-19) əleyhinə vaksinasiyaya start verilir.
 
Oxu.Az-ın məlumatına görə, bir sıra xəstəxanalarda COVID-19 əleyhinə peyvəndləmə olacaq.

İlk vaksinasiya ediləcək şəxslərdən biri də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı olacaq.

TƏBİB Ramin Bayramlıya peyvənd vurulması məlumatını təsdiqləyib.

Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan “Sinovac” peyvəndindən istifadə edəcək. 

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678