Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“HISAZ” Xəstəxana Məlumatlarının İdarəetmə Sisteminin fəaliyyəti ilə bağlı MÜSAHİBƏ

144 Baxış

Azərbaycanda ilk yerli və tam funksiyalı, beynəlxalq standartlara uyğun xəstəxana məlumatlarının idarəetmə sistemi olan “HİSAZ” artıq töhfəsini verməkdədir.

Görülən işlərlə bağlı müəssisənin direktoru Elçin Bağırovla müsahibəni təqdim edirik:

– Xəstəxana məlumatlarının idarəedilməsi dedikdə nə başa düşülür?

– Bildiyiniz kimi, əvvəlki dövrlərdə məlumatları xəstəxanada tibbi heyət qeydiyyat jurnallarında və s. qeyd edirdilər, bu da proseslərin mexaniki idarəsinə gətirib çıxarır ki, burada səhv edilmə ehtimalı yaradır, avtomatlaşdırılma sisteminə keçiddə isə ölkəmizdə səhiyyə sistemi çox inkişaf etmişdir, bu həm xərcləri azaldır, həm də daha düzgün, itkilərin maksimum azalması ilə səciyyələnir.

– Şirkət olaraq missiyanız nədən ibarədir?

– Əvvəla bildirmək istəyirəm ki, beynəlxalq təhsilə və təcrübəyə malik kollektivimiz bir neçə müddət ABŞ və Avropanın bir sıra ölkələrində dünyanın qabaqcıl səhiyyə idarəetmə təcrübələrini keçmiş, araşdırmış və tətbiq etmiş kadrlardan ibarətdir. Odur ki, bu təcrübəni Azərbaycanda yerli səhiyyə sistemimizə tətbiq etmək, ölkənin tibb müəssisələrini inkişaf etmiş ölkələrin tibb müəssisələri siyahısında görmək istəyirik. Bunun üçün həm əlimizdən gələni əsirgəmir, öz üzərimizdə işləyir və günü-gündən yenilənən səhiyyə idarəetməsi sahəsində daha da inkişaf edirik. Əsas missiyamız dünyanın çevik idarəolunma platformalarını ölkəyə gətirib tətbiq etmək və onlarla bərabər təkmilləşdirməni təmin etməkdir.

– Ölkəyə verdiyiniz töhvə nədən ibarətdir?

– Azərbaycan Respublikası Prezidenti 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb, həmin Fərman üzrə layihə bu gün də davam etdirilir.

Ölkəmizdə aparılan uğurlu islahatlar, əlbəttə ki, bizi uğura aparan yoldur. Beynəlxalq səhiyyə idarəçiliyi təcrübəmizi Azərbaycana gətirmək, onları tətbiq etmək, yerli səhiyyə sistemimizi ona uyğunlaşdırmaq bizim üçün həm də fəxrdir. Çünki biz insanlar üçün işlədiyimizi əsla unutmuruq.

Odur ki, ölkə rəhbərliyindən nümunə alaraq, öz missiyamızı davam etdiririk.

– Digər proqramlardan əsas fərqiniz və üstünlüyünüz nədir?

– Ölkədə demək olar ki, bütün proqramlar eyni sistemlə və modullarla çalışır, amma fərqimiz proqramın yerli olması, daha asan idarə olunması, qarışıq ekranlardan uzaq olmağımız, istəyə uyğun olaraq dəyişikliklərin anında edilməsi və mütəmadi olaraq yenilənmələrin edilməsidir. Açığı desəm, bu üstünlüklər proqramın yerli, veb əsaslı olmasından irəli gəlir ki, bu da məlumat təhlükəsizliyi üçün əsas şərtdir. Ən əsası da proqramımızın və şirkətimizin müştərilərimiz üçün əlçatan olması bizi çox məmnun edir.

– Bununla bağlı daha hansı yenilikləri gətirməyi düşünürsünüz?

– Gələcəklə bağlı planlar çoxdur. Səhiyyə sistemimizi və müvafiq inkişaf perspektivlərimizi nəzərə alaraq, ölkəmizə daha innovativ təqib sistemlərini, xəstə/həkim məmnuniyyətini tənzimləmək üçün mükəmməl platformalar gətirməyi düşünürük və hazırda şirkətimiz bu zəmində xarici ölkələrlə danışıqlar aparır. Əsas odur ki, işimizi çox sevirik, insan sevdiyi işlə məşğul olanda, onu həmişə ön sıralarda görmək istəyir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678