Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən il icbari tibbi sığorta çərçivəsində nə qədər tibbi xidmət göstərilib?

130 Baxış

İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə müalicə diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatlara əsasən, 2020-ci il ərzində 1 milyon 147 min 834 nəfər sözügedən müəssisələrə, ümumilikdə 4 milyon 170 min 432 dəfə müraciət edib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, bu müraciətlər üzrə 8 milyon 339 min 508 tibbi xidmət göstərilib. Beləliklə, sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50%-i tibb müəssisələrinə müraciət edərək xidmətlərdən yararlana bilib.

Xatırladaq ki, Agentlik tərəfindən icbari tibbi sığorta 1 yanvar 2020-ci il tarixindən etibarən 23 inzibati ərazidə – Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir. Qeyd olunan ərazilərdə ümumi əhali sayı 2 milyon 256 min nəfər təşkil edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678